"Bu ölkədə Ramazan çox coşğu ilə qeyd olunur"

Ramazan ayını ailələrindən neçə min kilometr uzaqda - Türkiyədə keçirən qonaq müsəlman tələbələr təəssüratlarını paylaşıblar.

1206963
"Bu ölkədə Ramazan çox coşğu ilə qeyd olunur"
yabanci ogrenci.jpg
ogrenci.jpg

  Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) Türkiyə Təqaüdləri proqramı əsasında Türkiyədə təhsil alan tələbələr ölkədəki Ramazan təəssüratlarını bölüşdülər.

  Ankara Qazi Universiteti Türk Dili və Ədəbiyyatı üzrə bakalavr tələbəsi Əbubəkr Əhməd Abakar Omər (Sudan):

- 8 aydır Türkiyədədir. Burada ilk dəfədir Ramazan ayıını keçirirəm. Amma Türkiyədəki Ramazan mədəniyyəti məni təəccübləndirmədi, özümü ölkəmdə kimi hiss etdim. Yeməklər fərqli ola bilər, ancaq iftar mədəniyyətimizdə o qədər də fərq yoxdur. Türkiyədə iftardan başqa, digər dini və mədəni tədbirləri də çox bəyənirəm.

  Ankara Universiteti Marketinq Bölümü tələbəsi, Lamija Brkic (Bosniya-Herseqovina):

- Bu il Türkiyədə 3-cü Ramazanı keçirirəm. Birincisindən belə çox gözəl xatirələrim var. Evimdən başqa yerdə, ölkədə və xarici tələbələrlə Ramazan xatirələri qazanmışam."

  Ankara Universiteti Siyasi İnformasiya Fakültəsi tələbəsi Əhməd Xan Davlatyar (Əfqanıstan):

- 3 il yarımdır Türkiyədəyəm. Bu ölkədə Ramazan çox coşğu ilə qeyd olunur. Dövlət təşkilatları, xeyriyyəçi iş adamları və vətəndaş cəmiyyəti qurumları tərəfindən bir çox yerdə iftar proqramları təşkil edilir. İftarda Ramazan şərbəti, paxlava və Ramazan pidesinin xüsusi yeri var. Türkiyədə xarici tələbələrin də iftara dəvət edilməsi çox xoşuma gəlir.

  YTB bu Ramazanda Ankara Sosial Bilimler Universiteti ilə birlikdə iftar süfrələri təşkil edir. Hər gün bir ölkə öz mədəniyyət və yeməklərini tanıdır. Təxminən 300 xarici tələbənin qatıldığı iftarlarda ev sahibi olan ölkə tələbələri öz yeməklərini gələnlərə təqdim edirlər.”



Әlaqәli Xәbәrlәr