Antalyada istirahət edən turistlər dənizdən zövq alırlar

Antalyada yerli və xarici turistlər may ayında dənizdə üzməzdən böyük zöva aldılar.

1203308
Antalyada istirahət edən turistlər dənizdən zövq alırlar

 Antalyada yerli və xarici turistlər may ayında dənizdə üzməzdən böyük zövq aldılar.

Havanın hərarətinin 27 dərəcə olduğu şəhərdə suyun temperaturu 22 dərəcəyə yüksəldi. İstirahətə gələn turistlər bu gözəl fürsətdən istifadə edərək çimərliklərə üz tutdular.

Dünya səviyyəsində məşhur Konyaaltı sahilində dənizə girən yerli və xarici turistlər uşaqları ilə birlikdə qumsalda oynadılar.

Ukraynalı Viktoriya Koçkara antalyalıların istiqanlı olduğunu və Türkiyəni çox sevdiyini söylədi.

Koçkara xarici turistləri Antalyaya dəvət edərək: "Dəniz artıq istidir, Ramazan ayı səbəbindən çimərliklərdə az adam var. Bu, bizim üçün yaxşı bir fürsətdir" dedi.

Rusiyadan ailəsi ilə birlikdə istirahətə gələn Vitaliy Korobov ilk dəfə Antalyaya gəldiklərini, burada velosiped sürərək və dənizdə üzərək vaxt keçirdiklərini söylədi.


Etiketlәr: #Antalya , #dəniz , #turistlər

Әlaqәli Xәbәrlәr