“İki ölkə arasında bu sahələrdə razılaşma imzalanması uyğun olacaqdır”, R.T Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan İraq ilə hərbi əməkdaşlıq və etimad razılaşması imzalanmasının uyğun olacağını bildirdi.

1202046

Ərdoğanın dəvətilə dünən paytaxt Ankaraya gələn İraqın baş naziri Adil Əbdülmehdi ilə təkbətək və heyətlər arasında keçirilən görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edildi.

Prezident Ərdoğan İraqın bərpası mövzusunda terror təşkilatı DEAŞ tərəfindən təxrib edilən Kərkük-Ceyhan neft boru kəmərinin təcili fəaliyyətə başlamasının əhəmiyyətinə toxunaraq dedi ki, Türkiyə-İraq arasında hərbi əməkdaşlıq və etimad razılaşması imzalanmasının uyğun olacağına qərar verdik.

İraqın baş naziri Əbdülmehdi isə “Heç bir şəkildə Türkiyə torpaqlarına bizim torpaqlarımızdan təhlükəsizliklə əlaqədar bir təhdid olmasını qəbul etməyimiz qeyri-mümkündür” deyə söylədi.

Әlaqәli Xәbәrlәr