YTB-nin nümayəndə heyəti “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatının keçirildiyi bölgədə oldu

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən və müşayiətindəki heyət Suriyanın şimalında terrordan təmizlənmiş “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatının keçirildiyi bölgədə oldu.

1201972
YTB-nin nümayəndə heyəti “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatının keçirildiyi bölgədə oldu
ytb firat kalkani1.jpg

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən və müşayiətindəki heyət Suriyanın şimalında terrordan təmizlənmiş “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatının keçirildiyi bölgədə oldu.

Heyət Kilis şəhərinin qarşısında Suriya torpaqlarında yərləşən Azəz, Cerablus, Bab və Çobanbəy bölgələrində təlim fəaliyyətlərini yerindəcə tədqiq etdi və yerli universitetlərə baş çəkdi.

Heyət Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi tərəfindən Çobanbəydə Afrin əməliyyatının ilk şəhidi olan Şəhid Musa Özalkanın vəsiyyətinə görə tikilən mədəniyyət mərkəzində açılan iftar süfrəsində yetim və öksüz uşaqlarla yanaşı bölgə xalqı ilə də bir araya gəldi.

Suriyadakı vətəndaş müharibəsi səbəbindən təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalan xeyli sayda fəncin akademik inkişafına dəstək olmaq məqsədilə idarənin müxtəlif fəaliyyətlər apardığını bildirən Abdullah Eren bu gənçlərin Suriyanın bərpasında əhəmiyyətli rollar götürəcəğinə diqqət çəkdi.

Bu nöqtədə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin suriyalıların ali təhsililə əlaqədar çox ciddi məsuliyyəti olduğunu bildirən Eren “Türkiyədə suriyalıların ali təhsili ilə bağlı məsuliyyəti qurumumuz yerinə yetirir. Düşərgələrdə və şəhər mərkəzlərində suriyalı tələbələrin təhsilinə dəstək təmin edirik. Terrordan təmizlənmiş bu bölgələrdə  isə ali təhsil imkanının ola bilməsi barədə müşahidə aparmaq və Türkmən qardaşlarımızla digər əqrabə toplulaqlarımızla bir araya gəlmək istədik” deyə bildirdi.



Әlaqәli Xәbәrlәr