"Bu dairələr dünya sülhü üçün bir təhdiddir", İ.Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın Nyu Haven şəhərindəki Diyanət məscidinə yönəldilmiş hücumların dərinləşən İslam əleyhinə və Müsəlmanlara qarşı düşmənçiliyin yeni bir təzahürü olduğunu söylədi.

1201128

Kalın sosial media hesabı “Twitter” üzərindən yaydığı açıqlamada “Nyu Haven şəhərindəki Diyanət məscidinə yönəldilmiş hücumlara dəstək olan ayrı-seçklik qoyan və irqçi dairələr dünya sülhü üçün bir təhdiddir. Buna dayan deyilməyəcəyi təqdirdə yeni fəlakətlərin yaşanması qaçılmazdır” deyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə məscidin ramazan ayında yandırılmasının dünyada artan İslam düşmənçiliyinin yeni nümunəsi olduğunu bildirdi.  

Çavuşoğlu bunu şəxsi “Twitter” həsabında yazıb.  

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də məscidin yandırılmasına dair şəxsi “Twitter” üzərindən bildirib ki, bu hücumları siyasi ideoloji səbəblərlə gözdən yayındıranlar, özlərini də əhatə edəcək bir nifrət yanğınına tamaşa edirlər.

Әlaqәli Xәbәrlәr