“Türkiyə ətrafında cərəyan edən prosesləri yaxından izləyir”: H.Akar

Türk Silahlı Qüvvələrinin Fətullahçi Terror Təşkilatı (feto), PKK / YPG, DEAŞ və digər terror təşkilatlarına qarşı mübarizəsi əzm və qətiyyətlə davam edir, Milli Müdafiə Naziri Hulusi Akar iftar proqramında çıxışında deyib.

1199952
“Türkiyə ətrafında cərəyan edən prosesləri yaxından izləyir”: H.Akar

Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi ordu Generalı Yaşar Gülər, Quru qüvvələr Komandiri General Ümid Dündar, Dəniz Qüvvələri Komandiri Adnan Özbal və Hava qüvvələri Komandiri General Həsən Küçükakyüz ilə Milli Müdafiə Universiteti Deniz Hərb Məktəbində dünən tələbələrlə iftar proqramına qatıldı.

Nazir Akar iftar yeməyində etdiyi çıxışında: Türk silahlı qüvvələrinin ölkə daxilində və xaricdə terrora qarşı mübarizə ilə yanaşı Egeydə, Şərqi Aralıq dənizidə və Kiprdə də Türkiyənin haqq və hüququnu qorumaq üçün lazımlı tədbiri həyata keçirdiyini vurğulayıb.

“Dənizqurdu 2019” manevrinə də toxunan Hulusi Akar: “Hərbi təlimlər ilə Türk Silahlı Qüvvələrinin ölkəsi və millətinin təhlükəsizliyini təmin etmək, suverenlik, müstəqillik, dənizlər ilə bağlı haqq və mənfəətlərini qorumaq mövzusundakı əzmini göz önünə sərməkdir. Türkiyə ətrafında cərəyan edən prosesləri yaxından izləyir. Müdafiə sənayesi sahəsində ciddi addımlar atılaraq 20% olan yerli və milli istehsalı 70%-ə yüksəldi.



Әlaqәli Xәbәrlәr