Aİ-nin Türkiyə Nümayəndə Heyəti Ankarada ramazan çadırı qurdu

Avropa İttifaqının Türkiyə Nümayəndə Heyəti hər il 9 May Avropa Günü münasibətilə təşkil etdiyi tədbirlər çərçivəsində paytaxt Ankarada ramazan çadırı qurdu.

1200033

 Ankaranın Çukurambar səmtindəki Uğur Mumcu parkında qurulan iftardan sonra pulsuz əyləncələrin olduğu və qonaqların iştirak etdiyi çadırda Hacivat-Qaragöz tamaşaları, kukla tamaşası, sehrbazların şousu, klounlar, fokusçular, orta oyunu və məddah şousu nümayiş edildi. 
 
Ramazan çadırına ailələri ilə birlikdə gələn uşaqlar müxtəlif animasiyalar, üz boyama fvə köpük şou kimi öz yaşlarına uyğun fəaliyyətdə əyləndilər.
 
 Gecə boyu çadıra gələn qonaqlara ramazana xas "xoruz şəkəri", şərbət, tort, "pambıq şəkəri," popkorn, çay və qəhvə verildi.

Әlaqәli Xәbәrlәr