Türkiyə ən çox İtaliyaya fındıq satır

Türkiyədən bu ilin ilk 4 ayında İtaliya, Almaniya və Fransa başda olmaqla, 105 ölkəyə fındıq satıldı.

1198891
Türkiyə ən çox İtaliyaya fındıq satır

Türkiyədən bu ilin ilk 4 ayında İtaliya, Almaniya və Fransa başda olmaqla, 105 ölkəyə fındıq satıldı.

Şərqi Qaradəniz İhracatçıları Birliyinin məlumatlarına görə, ilin yanvar-aprel dövründə 93 min 437 ton fındıq ixracından 570 milyon 178 min 85 dollar əldə edilib.

Fındıq ixracı bu dövrdə keçən ilin eyni dövrünə görə gəlir baxımından 4 faiz nisbətində,  həcm  baxımından 2 faiz artıb.

İtaliya 148 milyon 997 min 996 dollarlıq ixracla birinci yerdə qərar tutub.

Bu ölkəni  105 milyon 81 min 101 dollarla Almaniya, 51 milyon 368 min 290 dollarla Fransa təqib edir.
 



Әlaqәli Xәbәrlәr