Terror təşkilatı PKK-ya ağır zərbə

Türkiyənin Tunceli vilayəti ərazilərində terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatda 6 terrorçu zərərsizləşdirildi.

1199062
Terror təşkilatı PKK-ya ağır zərbə

Türkiyənin Tunceli vilayəti ərazilərində terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatda 6 terrorçu zərərsizləşdirildi.

Vilayət ərazilərində hücuma hazırlaşdığı bildirilən terrorçularla qarşı həyata keçirilən əməliyyatda yaranan atışmada 6 terrorçu zərərsizləşdirilib.  

Terrorçuların şəxsiyyətlərinin müəyyənləşdirildiyi və onlardan ikisinin terrorçu başlarından olduqları bildirilib.

Terrorçulardan birinin 1 milyon 500 min lirə mükafatla mavi kateqoriyada yer alan sözdə şərq cəbhəsinin rəhbəri Doğan-Serhat kod adlı Cəlal Qaya olduğu müəyyənləşdirilib. Öldürülən terrorçulardan birinin isə 600 min lirə mükafatla narıncı kateqoriyada axtarılan sözdə şərq mərkəz rayonu üzrə məsul şəxsi Baran kod adlı Heydər Gül olduğu müəyyən edilib.

Bölgədə əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr