Türkiyənin ABŞ-ın İstanbul seçkilərilə əlaqədar açıqlamasına sərt reaksiyası

Türkiyə ABŞ-ın İstanbul seçkilərilə əlaqədar açıqlamasına sərt reaksiya göstərdi.

1198033
Türkiyənin ABŞ-ın İstanbul seçkilərilə əlaqədar açıqlamasına sərt reaksiyası

Türkiyə ABŞ-ın İstanbul seçkilərilə əlaqədar açıqlamasına sərt reaksiya göstərdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus və ABŞ Konqres üzvlərinin İstanbulda bələdiyyə seçkilərinin təkrar keçirilməsinə dair qərarı barədəki açıqlamasına toxunaraq bildirib ki, “Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilən bu qərara hər kəs hörmətlə yanaşmalıdır. Oxşar durumların ABŞ və başqa ölkələrdə də yarandığının, bunların demokratiyanın əsasları çərçivəsində həll edildiyi unudulmamalıdır. Azad və demokratik seçkilər Türkiyənin dövlət ənənəsinin vazkeçilməz bir hissəsidir. Hər seçkidəki seçicilərin iştirak etmə faizi xalqımızın demokratiyaya olan sadiqliyini və seçki sisteminə olan etibarını ən yaxşı şəkildə ortaya qoyur.

İstanbulda seçkilərin təkrar keçirilməsi qərarının 31 mart 2019-cu il tarixində keçirilən seçkilərdə qanuna zidd ünsürlərin müəyyənləşdirilməsinə görə qəbul edildiyini və bu qərarın seçki nəticələrindən müstəqil olduğuna işarə edən Aksoy deyib ki, seçkiləri idarə etmə və  bu prosesə nəzarət etmə səlahiyyətini Konstutiyamızdan götürən və üzvləri ali məhkəmə orqanları mənsubları arasından seçiilən MSK tərəfindən qəbul edilən bu qərara hər kəs hörmət göstərməlidir. Belə durumların başqa ölkələrdə də baş verdiyi unutulmamalıdır. Türk xalqının iradəsinin seçki qutusunda ən düzgün şəkildə əks etməsi həm qanunlarımızın həm də məsuliyyətlərimizin bir öhdəliyidir. Bunun yerinə yetirilməsi bundan əvvəlki seçkilərdə olduğu kimi 23 iyunda keçiriləcək seçkilərdə də ölkəmizin birinci məqsədi olacaq.

 



Әlaqәli Xәbәrlәr