"Türkiyənin müxtəlif ölkələrlə genişləndirdiyi əlaqələr bir-birinin alternativi deyil", R.T.Ərdoğan

Paytaxt Ankarada NATO Şurası və NATO Aralıq dənizi Dialoqu Tərəfdaşları Konfransında çıxış edən R.T.Ərdoğan bildirdi...

1196132
"Türkiyənin müxtəlif ölkələrlə genişləndirdiyi əlaqələr bir-birinin alternativi deyil", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada terror təşkilatı DAEŞ-lə əlbəyaxa döyüşən və bu terror təşkilatını məğlubiyyətə uğradan yeganə NATO ölkəsinin Türkiyə olduğunu vurğuladı.

  Paytaxt Ankarada NATO Şurası və NATO Aralıq dənizi Dialoqu Tərəfdaşları Konfransında çıxış edən R.T.Ərdoğan bildirib:

  “Türkiyən Suriyada da terrorla mübarizə aparır. Sayəmizdə terrordan təmizlənən təhlükəsiz bölgələrə 320 minə yaxın suriyalı qaçqının geri döndü. Böyük bir humanitar fəlakətin astanasına gələn İdlibdə təşəbbüsü ələ keçirərək yenidən əmin-amanlığın bərqərar olunmasını təmin etdik. Bununla həm yüz minlərlə suriyalı məsumun ölümünə mane olduq, həm də Avropanı dərindən sarsıdacaq qeyri-qanuni miqrasiya axınının qarşısını aldıq.  

  Türkiyə NATO-dakı dostlarından yalnız ittifaqın qaydalarına uyğun davranmağı və dəyərlərinə sahib çıxmalarını gözləyir.  

  Suriyadakı terrorçular bəzi NATO üzvü olan ölkələrdən dəstək alır.  

  Silahını ölkəmizə çevirən, vətəndaşlarımızın canına və malını nişan alan terror təşkilatlarının müttəfiqlərimiz tərəfindən silah-sursatla təchiz edilməsi dəstəbaşıların əl-qolunu acır.”  

  Türkiyənin müxtəlif ölkə və regionlarla genişləndirdiyi əlaqələrin bir-birinin alternativi deyil, tamamlayıcısı olduğunu söyləyən Ərdoğan onu da dedi ki:  

  “Türkiyənin suveren hüquqlarına girib, Rusiyadan alacağı S-400 hava müdafiə sistemləri kimi bəzi aktual məsələlərlə bağlı mübahisələr yaradıb alovlandırmağa çalışılmasını qətiyyən qəbul etmirik. NATO çərçivəsində milli təhlükəsizliyimizi mülki gücləndirmə üçün atdığımız addımları yenə öz məcrasında davam etdirmək niyyətindəyik."



Әlaqәli Xәbәrlәr