Türkiyə hərbçiləri Rusiyada təlimlər keçəcəklər

Türkiyə hərbçiləri Rusiyada “S-400” raket sistemlərinin istismarı üzrə təlimlər keçəcəklər.

1196620
Türkiyə hərbçiləri Rusiyada təlimlər keçəcəklər

Türkiyə hərbçiləri Rusiyada “S-400” raket sistemlərinin istismarı üzrə təlimlər keçəcəklər.

Hərbi-diplomatik mənbələrdən TASS agentliyinə verilən məlumata görə, mayın sonlarından başlayaraq 100-ə yaxın türk hərbçisi Rusiya ərazisindəki hərbi mərkəzlərdən birində “S-400” “Triumf” zenit raket sistemlərinin istismarına dair təlimlər keçəcək. Təlimlər 5 ay müddətində davam edəcək. Mənbənin məlumatına görə, Çin hərbi qulluqçuları da mart ayından başlayaraq bu raket sistemlərinin istismarını öyrənirlər. Türkiyə hərbçiləri Çin ordusu nümayəndələrinin ikinci qrupu ilə birgə təlimlər keçəcək.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr