Türk Qızılayı Məscidül-Əqsada iftar süfrələri açdı

Türk Qızılayı işğal altındakı Şərqi Qüdsün Qədim Şəhər ərazisində yerləşən Məscidül-Əqsada iftar proqramı təşkil etdi.

1196698
Türk Qızılayı Məscidül-Əqsada iftar süfrələri açdı

Türk Qızılayı işğal altındakı Şərqi Qüdsün Qədim Şəhər ərazisində yerləşən Məscidül-Əqsada iftar proqramı təşkil etdi.
 
 Türk Qızılayı tərəfindən Hərəmi -Şərifin həyətinə qurulan iftar süfrələrində yüzlərlə fələstinli oruclarını açdı.
 
 Türk Qızılayı Fələstin Nümayəndə Heyətinin rəhbəri İgid Olçay bununla bağlı verdiyi açıqlamada: "Qurumumuzun 2019-cu il fəaliyyətləri çərçivəsində Qüdsdə ramazan ayı ərzində hər gün və Qəzzada də müəyyən fasilələrlə iftar veriləcək" dedi.
 
Hər gün Məscidül-Əqsa və müəyyən fasilələrlə Qəzza zolağında təşkil olunacaq iftar süfrələrində 500 nəfərin orucunu aça biləcəyini qeyd edən Olçay ramazan boyu  Qüdsdə iki min, Qəzzada də üç min ərzaq qutusunun paylanılacağını söylədi.
 
 Olçay xeyriyyəçiləri yardım göstərməyə davam etməyə çağırdı.



Әlaqәli Xәbәrlәr