TSQ-nın terror təşkilatı PKK-ya qarşı əməliyyatları davam edir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkə daxilində və xaricində terror təşkilatı PKK-ya istiqamətli əməliyyatları davam edir.

1195700
TSQ-nın terror təşkilatı PKK-ya qarşı əməliyyatları davam edir
magara imha.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkə daxilində və xaricində terror təşkilatı PKK-ya istiqamətli əməliyyatları davam edir.

Şırnak vilayətinin Qabar dağı bölgəsində aparılan axtarış fəaliyyətlərində PKK-lı terrorçuların istifadə etdiyi bir sığınacaq və yaşayış yeri aşkarlandı. Buralarda müxtəlif silah-sursat, ərzaq, və.s ələ keçirildi.

Təhlükəsizlik qüvvələri tərəfindən sığınacaq və yaşayış yerlərilə silah-sursat məhv edildi.

Tunceli vilayətində də Hozat və Ovacık qəsəbəsi ərazilərində həyata keçirilən əməliyyatlarda terrorçulara məxsus olduğu müəyyən edilən 8 sığınacaq və 6 yaşayış yeri məhv edildi.

İraqın şimalındakı Hakruk və Avaşin-Basyan bölgələrinə istiqamətli olaraq da hava əməliyyatı həyata keçirildi.

Millli Müdafiə Nazirliyinin açıqlamasına görə, döyüş təyyarələri tərəfindən terror təşkilatı PKK tərəfindən silah mövqeyi, sığınacaq və silah-sursat anbarı kimi istifadə olunan hədəfləri məhv edildi.



Әlaqәli Xәbәrlәr