Türkiyənin nümayəndə heyəti NATO tədbirini tərk etdi

Bu gün NATO-nun Avropada Birləşmiş Qüvvələr Baş Komandanlığında təhvil-təslim tədbiri keçirildi. Türkiyədən gedən heyət tədbirə qatılmadı.

1194620
Türkiyənin nümayəndə heyəti NATO tədbirini tərk etdi

NATO baş katibi Yens Stoltenberqin də iştirak etdiyi tədbirə alyansa üzv olmamasına baxmayaraq Rum icması (kipirin yunan tərəfi) dəvət edilərkən Şimali Kipir Türk Respublikası çağırılmayıb.

 Buna etiraz edən türk diplomatlar və zabitlər tədbiri tərk ediblər. Tədbir Belçikanın Mons şəhərində keçirilib.



Әlaqәli Xәbәrlәr