Prezident Rəcəb Tayyib Ərdoğan bütün ölkələri terror təşkilatlarına qarşı mübarizəyə çağırdı

Prezident Rəcəb Tayyib Ərdoğan bütün ölkələri terror təşkilatlarına qarşı artıq daha dəqiq bir mövqe ortaya qoymağa çağırdı.

1194668

Ərdoğan İstanbulda Böyük Çamlıca məscidinin açılış mərasimində etdiyi çıxışda ibadətxanalara yönəldilmiş terror hücumlarına toxunaraq söylədi ki, ibadətxanaları qan gölünə çevirən vəhşi və ibtidai düşüncələrə artıq hər kəs kəskin etirazını bildirməlidir. Məscidlərə hücum edənlərlə kilsələri hədəf alanlar eyni qaranlıq düşüncəyə sahibdir. Günahsız insanları qətlə yətirməyin, ibadət məkanlarını bombalamağın adı terror, vəhşət, cinayətdir.

Ərdoğan “Ölkəmizi və bölgəmizi DEAŞ, Əl-Qaidə, Fətullahçı Terror Təşkilatı (FETÖ), PKK kimi terror təşkilatları ətrafında toplanan azğınlardan təmizləməkdə qətiyyətliyik. Neo-nasist terroru ilə də mübarizəni davam etdirəcəyik. İslamın sülh mesajlarını daha çox səsləndirməyin vacib olduğu bir dövr içindəyik” ifadələrini işlətmişdir.

Әlaqәli Xәbәrlәr