Türkiyə Hindistanda törədilən terror aktını lənətlədi

Türkiyə, Hindistanda polis əməkdaşlarının hədəfə götürüldüyü bombalı hücumu qınadı.

1193781
Türkiyə Hindistanda törədilən terror aktını lənətlədi

Xarici İşlər Nazirliyindən yayılan bəyanatda: “Hindistanın Maharaştra əyalətində polisləri daşılan avtobusa təşkil edilən bombalı hücum nəticəsində çox sayda insanın öldüyünə dair xəbərləri kədərlə qarşılayır, xain hücumu lənətləyirik. Həyatını itirənlərin ailələr başda olmaqla Hindistan xalqı və hökumətinə başsağlığı veririk.

Qeyd edək ki, dünən ölkənin qərbindəki Maharaştra əyalətində xüsusi təyinatlıları daşıyan avtobusa istiqamətli hücum nəticəsində 15 polis əməkdaşı və bir dinç sakin həyatını itirdi.

 



Әlaqәli Xәbәrlәr