Ərdoğan Türkiyə Erməniləri Patriarxlığına məktub göndərdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Erməniləri Patriarxlığının sədri Aram Ateşyana məktub göndərib.

1189312
Ərdoğan Türkiyə Erməniləri Patriarxlığına məktub göndərdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Erməniləri Patriarxlığının sədri Aram Ateşyana məktub göndərib.

  Ərdoğan məktubunda Birinci Dünya Müharibəsi zamanı həyatını itirən Osmanlı erməniləri və 8 martda ölən patriarx Mesrob Mutafyanı ehtiramla anaraq, başsağlığı verərək bildirib:

  “Erməni cəmiyyəti Osmanlı imperiyası və Türkiyə cümhuriyyəti dövrlərində ölkəyə böyük xidmət göstəriblər.

  Dünən olduğu kimi, bu gün də erməni vətəndaşlarımız ölkəmizin bərabərhüquqlu və azad adamlarıdır və sosial, siyasi və ticari həyatın hər sahəsində mühüm rol oynayırlar.

  Tarix boyu kədərdə də, sevincdə də ortaq olan iki xalqın keçmişin yaralarını sarıması və qonşuluq bağlarını daha da möhkəmləndirməsi hamımızın ortaq məqsədidir.

  Biz dərdlərinizin yüngülləşdirilməsi və problemlərinizin həllində yanınızda olmağa davam edəcəyik.

  Bunu xüsusi qeyd etmək istəyirəm ki, ölkəmizdəki erməni icmasının əmin-amanlığı, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün çox əhəmiyyətlidir. Erməni vətəndaşlarımızın ögeyləşdirilməsi və ya qovulmasına şərait yaradanlar qarşılarında bizi görəcəklər.

  Türkiyədə erməni dini icmasının yeni başçısı seçilməyiniz münasibətilə sizi təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram. Ortaq gələcəyi birlikdə inşaetmə yolunun bir və bərabər olmaqdan keçdiyinə inanıram. Bu inamla ortaq keçmişimizi təhrif edərək tarixdən kin, nifrət və ədavət toxumları çıxarıb ara vuranlara imkan verilməməsini arzulayıram.”



Әlaqәli Xәbәrlәr