Türkiyә Makronun qondarma Suriya demokratik qüvvәlәrinin nümayәndә heyәti ilә görüşünü qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib.

1186909

Türkiyәnin  Xarici İşlәr Nazirliyi qondarma SDQ nümayәndә  heyәtini Yelisey Sarayında qәbul edәn Fransa liderini sәrt şәkildә qınayıb.

Nazirlikdәn mәsәlә ilә bağlı verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Makronun SDQ adını istifadә edәn terror tәşkilatı PYD/PKK-nın nümayәndә heyәtini qәbul etmәsini qınayırıq. Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır.Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır. Türkiyə öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcək’’.

Әlaqәli Xәbәrlәr