Ruhsar Pekcan ABŞ-da keçirdiyi görüşlәri qiymәtlәndirib

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan Türkiyә ilә Ameerika Birlәşmiş Ştatları arasındakı ticarәt dövriyyәsini 75 milyard dollara yüksәltmәk mәqsәdilә ABŞ-in Ticarәt Nazirliyi ilә birgә işçi qrupunun yaradılacağını söylәyib.

1187051

Ruhsar Pekcan ABŞ-da apardığı danışıqları qiymәtlәndirib. Pekcan ABŞ ticarәt naziri Vilbur Ross vә  Donald Trampın müşaviri Cered Kuşnerlә apardığı danışıqların sәmәrәli keçdiyini vә Türkiyә-ABŞ Biznes Şurası ilә Amerika-Türkiyә Şurasının tәşkilatçılığı ilә keçirilәn konfrans çәrçivәsindә iş adamları ilә bir araya gәldiklәrini bildirib.

Türkiyә vә ABŞ-ın müttәfiq vә dost ölkәlәr olduğunu deyәn Ruhsar Pekcan hәr iki ölkәnin dә  böyük potensiala malik olduğunu bildirib.

Ruhsar Pekcan hazırda iki ölkә arasındakı ticarәt dövriyyәsinin 20.7 milyard dollar olduğunu qeyd edәrәk deyib: ‘‘Türkiyә  prezidenti  Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında daha әvvәl baş tutan  görüşdə qarşıya qoyulmuş hədəflәrin hәyata keçirilmәsi üçün fәaliyyәtlәrimizi sürәtlәndirәcәyik. ABŞ ticarәt naziri Vilbur Ross ilә keçirdiyimiz görüşdә ticarәt hәcminin 75 milyard dollara çatdırılması, məhsulların diversifikasiyası, görülәn birgә işlәr vә atılacaq birgə addımları müzakirә etdik. Görüşdə iki ölkənin Ticarət Nazirlikləri arasında sözügedən sahələrdə birgə işçi qrupunun  yaradılması barədə razılıq әldә olunub.’’.

Әlaqәli Xәbәrlәr