Əminə xanım Ərdoğana "Changemaker" mükafatı  təqdim ediləcək

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğana Dünya İnsaniyyət Forumu tərifindən humanitar yardımlara ilham mənbəyi olan fəaliyyətlərinə görə, paytaxt Londonda təşkil ediləcək mərasimdə "Changemaker" mükafatı təqdim ediləcək.

1184796
Əminə xanım Ərdoğana "Changemaker" mükafatı  təqdim ediləcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Böyük Britaniyanın dəstək verdiyi Dünya İnsaniyyət Forumu tərəfindən verilən "Changemaker" (fərq yaradan) mükafatı, ümum dünyada fövqəladə ilham bəxş edən fəaliyyətlər aparan humanitar yardımlara liderlik edənlərə təqdim edilir.

Əminə Ərdoğanın mükafatı, 17-18 Apreldə İngiltərənin paytaxtı Londonda təşkil ediləcək mərasimdə təqdim ediləcək.

"Changemaker" mükafatı, dünyanın hər yerində baş verən təbii fəlakət və faciələri yaxından izləyərək yardım və müdaxilə edən,  atdığı  addımlar ilə dünya ictimaiyyətinin hümanitar məsələlərə istiqamətlənməsinə töhvə verən fəaliyyətlər göstərən Əminə xanım Ərdoğana beynəlxalq sahədə təqdim ediləcək 4-cü mükafat hesab edilir.

Qeyd edək ki, Əminə Ərdoğan 2009-cu ildə İsrailin Qəzza zolağına istiqamətli İsrail hücumları və humanitar yardımların çatdırılmasına icazə verməməsi qarşısında, Ərəb dünyası və Qərb ölkələrinin liderlərinin həyat yoldaşlarını İstanbula dəvət edərək ümum dünyaya "döyüşü dayandırın" deyə çağırış edən yeganə “fırs leydi” hesab edilir. Həmçinin 2010-cu ildə Pakistanda baş verən sel fəlakətindən təsirlənən milyonlarla fəlakətzə üçün yardım fəaliyyətlərinə qatılaraq beynəlxalq yardım təşkilatlarını hərəkətə keçirdi. 2012-ci ildə isə daxili qarşıdurmalar səbəbiylə Myanmanı tərk edərək Banqladeşdəki düşərgələrə sığınan Rohinqya Müsəlmanlarına istiqamətli edilən soyqırımı dünya ictimaiyyətinin gündəminə daxil etdi. Myanmada törədilən faciəni bütün risk və təhlükələrə baxmayaraq yerində izlədi və bölgəyə hümanitar yardım çatdırdı.

2011-ci ildə Brüsseldə Crans Montana Forumunda sülh, azadlıq və demokratiya sahəsindəki fəaliyyətləri səbəbiylə "Prix de la Fondation" mükafatına layiq görülən Əminə xanım Ərdoğan 2018-də İngiltərə mərkəzli Qlobal Donorlər Forumu çərçivəsində "Humanitar Xidmət Təqdir Mükafatı" və eyni il Amerika Birləşmiş Ştatları Mərkəzli Qlobal Ümid Koalisiyası tərəfindən New Yorkda təşkil edilən "Hümanitar Yardım Liderliyi Xüsusi Mükafatına" layiq görülüb.

 



Әlaqәli Xәbәrlәr