Rәcәb Tayyib Әrdoğan Aleksandr Lukaşenkonu rәsmi mәrasimlә qarşılayıb
Belarus prezidenti Aleksandr Lukaşenko prezident Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә bu gün Türkiyәyә rәsmi sәfәr edib.
Belarus prezidenti Aleksandr Lukaşenko prezident Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә bu gün Türkiyәyә rәsmi sәfәr edib.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan belaruslu hәmkarını Prezident İqamәtgahında rәsmi mәrasimlә qarşılayıb.
Mәlumata görә, Әrdoğan vә Lukaşenko tәkbәtәk görüş keçirәcәk vә heyәtlәr arası görüşlәrә sәdrlik edәcәklәr.
Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, sәfәr çәrçivәsindә keçirilәcәk görüşlәrdә ikitәrәfli münasibәtlәrin bütün aspektlәri nәzәrdәn keçirilәcәk vә iki ölkә arasındakı әmәkdaşlığın güclәndirilmәsi üçün atila bilәcәk addımlar müzakirә olunacaq.
Görüşlәrdә hәmçinin regional vә beynәlxalq mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparılması da gözlәnilir.
İki ölkə arasındakı münasibətlərə əhəmiyyətli töhfələr verəcək müxtəlif müqavilələrin imzalanmasının da gündəmdə olduğu səfər çərçivəsində Türkiyə-Belarus Biznes Forumunun keçirilməsi də planlaşdırılır.
Qeyd edәk ki, Әrdoğan vә Lukaşenko görüşlәrdәn sonra birgә mәtbuat konfransında çıxış edәcәklәr.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.