“Notr Damın təxrib olması bütün bəşəriyyət üçün ciddi fəlakətdir”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanın paytaxtı Parisdəki Notr Dam kilsəsində baş verən yanğına münasibət bildirib.

1184026
“Notr Damın təxrib olması bütün bəşəriyyət üçün ciddi fəlakətdir”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanın paytaxtı Parisdəki Notr Dam kilsəsində baş verən yanğına münasibət bildirib.

Çavuşoğlu “Dünya Mədəniyyət İrsinə aid bu memarlıq şah əsərinin təxrib olması bütün bəşəriyyət üçün ciddi bir fəlakətdir” deyib.

Nazir Çavuşoğlu  sosial şəbəkə hesabı üzərindən yazıb ki, Parisdəki Notr Dam kafedralındakı yanğını dərin kədərlə izləyirik. Dünya Mədəniyyət İrsinə aid bu memarlıq şah əsərinin təxrib olması bütün bəşəriyyət üçün ciddi bir fəlakətdir.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin simvollarından sayılan Notr Dam kilsəsində dünən axşam saatlarında yanğın baş verib. Yanğın taxta kostruksiyalarda başlayıb. Hadisə zamanı binada təmir işləri aparılırmış. Kilsənin 2 qülləsini yanğından mühafizə etmək mümkün olsa da, köhnə taxta konstruklsiyalar bütövlükdə yanıb, şpil dağılaraq binanın tavanını zədələyib. Yanğının söndürülməsinə 400 nəfərdən çox şəxsi heyət cəlb olunub. Yanğını səhərə yaxın nəzarət altına almaq mümkün olub. Bir yanğınsöndürən tüstüdən zəhərlənib. Hadisəyə havadan müdaxilə etmək qərara alınsa da, son anda bundan imtina edilib. Mütəxəssislər bu cür müdaxilənin binanı tamamilə məhv edəcəyini bildiriblər. Ekspertlərin sözlərinə görə kafedralın bərpası üçün bir neçə onillik lazım gələcək. Binanın içindəki heykəllərin bir qismini xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi açılıb, tikintidə çalışanlar dindirilib.

1163-1345-ci illərdə tikilmiş kafedral 1991-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilıib. 800 il ərzində kilsədə heç bir ciddi yanğın qeydə alınmayıb.



Әlaqәli Xәbәrlәr