Aİ-nin suriyalılar üçün Türkiyəyə yardımları davam edəcək

Avropa İttifaqı Türkiyə nümayəndə heyətinin sədri Kristian Berger Aİ-nin suriyalılar üçün Türkiyəyə yardımlarının davam edəcəyini söyləyib.

1183675
Aİ-nin suriyalılar üçün Türkiyəyə yardımları davam edəcək

Avropa İttifaqı Türkiyə nümayəndə heyətinin sədri Kristian Berger Aİ-nin suriyalılar üçün Türkiyəyə yardımlarının davam edəcəyini söyləyib.

Səfir Berger ilə Almaniyanın Ankara səfiri Martin Erdman Aİ səfirlərinin Hataydakı görüşlərinin üçüncü günündə Aİ-nin Türkiyədəki suriyalılara yardımları barədə jurnalistlərə məlumat verib.

Berger Aİ-nin suriyalılar üçün yardımlarının davam edəcəyini bildirərək, “Bu böhranın nə vaxt başa çatacağını bilmirik. Hamımız eyni gəmidəyik” deyib.

Türkiyənin suriyalı qaçqınlar üçün etdiklərini təqdirlə qarşıladıqlarını söyləyən Berger “Əminəm suriyalılar özləri də bunu təqdir edirlər” ifadəsini işlədib.

Aİ-nin suriyalı qaçqınlar üçün vəd etdiyi yardımları xatırladan Berger ikinci 3 milyard avronun yaxın zamanda verildiyini, 2016-2017 üçün vəd edilən ilk 3 milyard avronun həm Türkiyədəki qurumlar həm də BMT qurumları ilə qeyri-hökumət təşkilatları ilə saziş çərçivəsinə daxil edildiyini bildirib.

Səfir Berger suriyalıların ölkələrinə qayıtmaları ilə əlaqədar suala isə cavab verərək deyib ki, Suriyadakı böhrana hələ də siyasi həll tapıla bilməyib, vəziyyət hələ də həssas olaraq qalmaqdadır. Ev sahibi ölkələrin çiynindəki yükün fərqindəyik. Buna görə həm suriyalılara həm də ev sahibi ölkələrə bu yükün yüngülləşməsi üçün yardım edirik.

Almaniyanın Ankara səfiri  Erdman isə öz növbəsində deyib ki, 3,5 milyondan artıq suriyalıya ev sahibliyi edən Türkiyə bu ağır yükü ilə tək başına buraxıla bilməz. Trükiyə hökumətinə suriyalıları bu qədər uzun müddət qonaq etdiyinə görə minnətdarıq.  



Әlaqәli Xәbәrlәr