Xarici İşlər Nazirliyindən Pakistan hökumǝti vǝ xalqına başsağlığı

Türkiyə Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kuettada hǝyata  keçirilǝn hücum nǝticǝsindǝ  ölǝnlǝrǝ görǝ qonşu  ölkǝyǝ  başsağlığı verib.

1182403
Xarici İşlər Nazirliyindən Pakistan hökumǝti vǝ xalqına başsağlığı

Xarici İşlər Nazirliyindən   yayılan   şǝrhdǝ: “Pakistanın Bǝlucistan  ǝyalǝtinin baş şǝhǝri  Kuettada bir  bazarda   hǝyata  keçirilǝn  bombalı hücum nəticəsində çox sayda  adamın  hǝyatını   itirdiyi   vǝ  yaralandığı  xǝbǝrini   tǝǝssür vǝ kǝdǝrlǝ  eşitdik. Xain vǝ dəhşətli terror aktını şiddətlə qınayırıq, həyatını itirənlərə   rǝhbǝt, yaralılara təcili şəfa  dilǝyirik. Pakistan hökumətinə və qardaş Pakistan xalqına başsağlığı  veririk.

Qeyd  edǝk  ki,  bu gün  sǝhǝr  radǝlǝrindǝ  Pakistanın Kuetta şəhərində   hǝyata  keçirilǝn   bombalı  hücum nǝticǝsindǝ  20 nəfər ölüb, 48-i  yaralanıb.

 



Әlaqәli Xәbәrlәr