Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Sudan xalqının yanında olacaq

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Sudanda dincliyin, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün qardaş Sudan xalqının yanındadır.

1181840

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Sudandakı dövlət çevrilişilə bağlı bəyanatında deyilib.
Bəyanatda siyasi proseslərin demokratik yolla və milli həmrəylik çərçivəsində həllinin vacibliyi vurğulanıb və bildirilib ki, Afrika qitəsində güclü əlaqələrə və qardaşlıq münasibətlərinə sahib olduğumuz Sudandakı vəziyyəti yaxından təqib edirik.

Açıqlamada “Sudanda təhlükəsizliyin və sabitliyin qorunması bütün region üçün sabitliyin təminatıdır. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Sudanda dincliyin, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün qardaş Sudan xalqının yanında olacaqdır ”, - deyə vurğulanıb.

Әlaqәli Xәbәrlәr