Mövlud Çavuşoğlu Hollandiyada sәfәrdәdir

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә-Hollandiya konfransı çәrçivәsindә sәfәr etdiyi Hollandiyanın paytaxtı Amsterdamda dünә Türk vә hollandiyalı iş adamları ilә görüşüb.

1181493
Mövlud Çavuşoğlu Hollandiyada sәfәrdәdir

 

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә-Hollandiya konfransı çәrçivәsindә sәfәr etdiyi Hollandiyanın paytaxtı Amsterdamda dünәn Türk vә hollandiyalı iş adamları ilә görüşüb.

Hollandiya Sәnaye Birliyinin tәşkilatçılığı ilә keçirilәn iclasa Hollandiyanın xarici işlәr naziri Stef Blok, Türkiyәnin Haaqadakı sәfiri Şaban Dişli, Hollandiyanın Ankaradakı sәfiri Marjane De Kwaasteniet, Doğuş Holdinq, Garanti bankı, İntibah nümayәndәlәri vә Türk-Hollandiya iş adamları iştirak ediblәr.

Nazir Çavuşoğlu  Türkiyə miqyasında iqtisadi və ticari proseslərin qiymәtlәndirildiyi iclasda Türkiyә  iqtisadiyyatı və Yeni İqtisadi Proqram haqqında məlumat verib.

Beynəlxalq Demokratlar Birliyinin Hollandiyadakı rəhbərləri ilə də bir araya gələn Çavuşoğlu  bu gün də Türkiye-Vittenburq konfransı çərçivəsində həyata keçirilən VII  Türkiyə-Hollandiya Konfransında iştirak edib.

Konfranda açılış nitqi ilә çıxış edәn Çavuşoğlu  iki ölkənin qloballaşmanın gətirdiyi çətinliklərə adaptasiya olmaq üçün təcrübəyə malik olduğunu deyib.

Mövlud  Çavuşoğlu  Türkiyə və Hollandiyanın iqtisadiyyat, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrindəki  әmәkdaşlığını yüksək qiymətləndirdiklərini dilә gәtirib.

Konfrans çərçivəsində terrorizmlə mübarizə, regional proseslər, Türkiyə ilә Hollandiya arasındakı  münasibətlər  kimi məsələlər də  müzakirә olunacaq.



Әlaqәli Xәbәrlәr