Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Suriyada ‘‘Zeytun Budağı’’ әmәliyyatının keçirildiyi bölgәdә separatçı terror tәşkilatı PKK tәrәfindәn martın 31-dә törәdilәn  hücum nәticәsindә xәsarәt alan bir әsgәr müalicә olunduğu xәstәxanada şәhid olub.

1180355

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi bәyanat yayıb.

Milli Müdafiә Nazirliyinin mәtbuat xidmәtindәn verilәn bәyanatda  bildirilib ki, Suriyada ‘‘Zeytun Budağı’’ әmәliyyatının keçirildiyi bölgәdә separatçı terror tәşkilatı PKK tәrәfindәn martın 31-dә törәdilәn  hücum nәticәsindә xәsarәt alan bir әsgәr müalicә olunduğu xәstәxanada edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq  şәhid olub.

‘‘Bizi kәdәrlәndirәn bu hadisә nәticәsindә hәlak olan әziz şәhidimizә Allahdan rәhmәt, kәdәrli ailәsinә, Türkiyә Silahlı Qüvvәlәrinә vә Türk xalqına dәrin hüznlә başsağlığı veririk’’ deyә bәyanatda  vurğulanıb.

Әlaqәli Xәbәrlәr