Prezident Rəcəb Tayyib Ərdoğan Boliviya prezidentinə təşəkkür etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Boliviyanın Fələstin məsələsinə, xüsusilə də Qüdsün statusu və fələstinli dinc vətəndaşların qorunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür etdiyini bildirdi.

1180252
Prezident Rəcəb Tayyib Ərdoğan Boliviya prezidentinə təşəkkür etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Boliviyanın Fələstin məsələsinə, xüsusilə də Qüdsün statusu və fələstinli dinc vətəndaşların qorunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür etdiyini bildirdi.

Ərdoğan dəvətinə görə Türkiyədə səfərdə olan Boloviya prezidenti Xuan Evo Morales Ayma ilə keçirdiyi birbaşa və heyətlər arasındakı görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edib.

Qonaq prezidentin Türkiyəyə ilk səfərindən duyduğu məmnunluğu dilə gətirən Ərdoğan Türkiyənin keçən il La Paz səfirliyini açdığını xatırladaraq, Boliviyanın da Ankarada səfirlik açmaq barədə qərara gəlməsindən məmnuniyyət duyduğunu ifadə edib.

Ərdoğan gələcək il Türkiyə ilə Boliviya arasında diplomatik əlaqələrin yaranmasının 77-ci ildönümünün qeyd olunacağını vurğulayaraq deyib ki, həmin məqsədlə 2020-ci ildə hər iki ölkədə xüsusi tədbirlər keçiriləcək. Bu tədbirlərin bəşəri əlaqələrin inkişafına töhfə verməsini diləyirəm.  

Görüşlərdə Birgə İqtisadi Komissiyanın ilk yığıncağının bu il ərzində keçirilməsinə dair razılıq əldə etdiklərini də vurğulayan Ərdoğan iqtisadi və ticarət əlaqələrində son dövrdə ciddi addımlar atıldığını bildirib.

Ticarət həcminin son iki ildə 250 faiz artımla 113 milyon dollara çatdığına işarə edən Ərdoğan “Cənab Morales ilə bu rəqəmin iki ölkə baxımından xeyli aşağıda olduğunu və bunun 500 milyona dollara qaldırılmasının vacibliyini dilə gətirdik” ifadəsini işlədib.

Türkiyənin İslam Əməkdaşlığı Təşkilatının zirvə yığıncaqlarının növbəti sədri olduğunu, Moralesin də Latın Amerikası və Karib hövzəsi ölkələrinin növbəti sədri olduğunu qeyd edən Ərdoğan deyib: “Dünyada ifratçı sağ yönümlülərin və İslam düşməni hərəkətlərin artmasından duyduğumuz narahatlığımızı bir daha dilə gətirdik. Bütün ayrı-seçkiliklərin əleyhinəyik. Boliviyanın Fələstin məsələsinə, xüsusilə də Qüdsün statusu və fələstinli dinc vətəndaşların qorunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür edirəm. Bununla yanaşı Qolan təpələrilə əlaqədar yanaşmasını da təqdirdə təqib edirik”.

Morales ilə görüşlərində müzakirə etdikləri digər bir məsələnin isə Veneseala olduğuna diqqət çəkən Ərdoğan bildirib ki, Venesuela xalqı iradəsini keçən ilki prezident seçkisilə ortaya qoydu. Venesuelalı dostlarımızın qərarlarının özgələri tərəfindən mühakimə olunması demokratiya adından düzgün deyildir. Ölkələrin suverenlik haqlarına, xalq iradəsinə, demokratiyaya hörmət və daxili işlərinə müdaxilə etməmə prinsipi çərçivəsində  Boliviya kimi Maduro hakimiyyətini Venesuelanın qanuni hökuməti olaraq tanımağa davam edirik. Məsələni həll etmək üçün Venesuela hökumətilə müxalifət və beynəlxalq ictimaiyyət arasında ünsiyyət kanallarının açıq olması vacibdir.



Әlaqәli Xәbәrlәr