"Heç kəs Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemini almaqdan imtina etməsini istəyə bilməz"

Prezident Rəcəb Tayyib Ərdoğan suveren bir dövlət olan Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemini almaqdan imtina etməsini heç kəsin istəyə bilməyəcəyini bildirdi.

1179402
"Heç kəs Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemini almaqdan imtina etməsini istəyə bilməz"

Prezident Rəcəb Tayyib Ərdoğan suveren bir dövlət olan Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemini almaqdan imtina etməsini heç kəsin istəyə bilməyəcəyini bildirdi.

Ərdoğan səfərdə olduğu Rusiyada prezident Vladimir Putin ilə Türkiyə-Rusiya 8-ci Yüksək Səviyyəli Əməkdaşlıq yığıncağına başçılıq etdi.

Prezident Ərdoğan birgə mətbuat konfransında dedi:

"Suriyanın şimalında ölkəmizin təhlükəsizliyi ilə Suriyanın ərazi bütövlüyünə təhdid təşkil edəcək bir təşkilatlanmaya göz yuma bilməyəciyimizi ifadə etdik. Rusiya ilə müştərək anlayış əsasında milli təhlükəsizliyimizə qəsd edən terror təşkilatlarını Suriyadan çıxarmaqda qətiyyətliyik".

Suriyada Konstitusiya Komitəsinin yaxın zamanda fəaliyyətə başlaması mövzusunda qətiyyətli  olduqlarını bir daha dilə gətirdiklərini bildirən prezident "Suriya və regional məsələlərə dair müzakirələr apardıq. ABŞ-ın Suriyadan çıxma qərarını qiymətləndirdik. İdlib başda olmaqla ərazidəki vəziyyətdən danışdıq" deyə vurğuladı.

Rusiyanın Türkiyənin ticari tərəfdaşları arasında üçüncü yerdə olduğunu da bildirən Ərdoğan enerji sahəsindəki Türkiyə-Rusiya əməkdaşlığının iqtisadi əlaqələrin əsas sütunlarından biri olduğunu ifadə etdi.

Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemi almasını rəsmi Vashinqtonun tənqid etməsinə dair sual qarşısında isə Ərdoğan bildirdi ki, üçüncü tərəfləri narahat edib etməyəcəyini bilmərik. Biz suverenliyi qeydsiz-şərtsiz millətinə aid bir ölkəyik. Suverenlik haqqlarımız üzərində bəzilərinin qərar verməsinə imkan verə bilmərik. O zaman millət, dövlət ola bilmərik. S-400 zenit-raketlərlə əlaqəli yol xəritəmiz bəllidir. Hər şey bitmiş, indi bizdən qalxıb da 'bundan imtina edin' deyə tövsiyə edənlər, deməli bizi də tanımırlar. Bundan imtina etməyimizi heç kəs bizdən istəyə bilməz. 



Әlaqәli Xәbәrlәr