Çavuşoğlu ABŞ-da Miami müsəlmanları ilə bir araya gəldi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının Miami şəhərində etdiyi səfərdə türk və amerika müsəlman cəmiyyətinin nümayəndələrilə görüşüb.

1178075

  M.Çavuşoğlu Nyu-York və Vaşinqton görüşlərindən sonra Florida ştatının Miami şəhərinə gedib, Miami Qardens (Gardens) məscidini ziyarət edib, burada yerli müsəlmanlarla cümə namazı qılıb.

  Cümə namazı ərəfəsində bölgədə yaşayan Türk və Amerika müsəlman cəmiyyətinin nümayəndələrilə bir araya gəlib.

  Sözügedən görüşü “twitter” hesabından paylaşan Çavuşoğlu bildirib:  

  “Görüşümüzdə bütün müsəlmanların qarşı-qarşıya qaldığı sınaqlardan danışdıq. Amerikalı müsəlmanların etdikləri dünyaya ilham verir. İslamofobiya ilə mübarizədə rolları əvəzsiz və əhəmiyyətlidir".

  Qeyd edək ki, Türkiyənin xarici işlər naziri NATO-nun 70-ci ildönümü münasibətilə aprelin 3 və 4-də Vaşinqtonda keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak edirdi.

Әlaqәli Xәbәrlәr