Türkiyənin digər iki F-35 qırıcıları təhvil verilir

ABŞ Müdafiə Nazirliyi  (Pentaqon) Türkiyəyə məxsus bir F-35 təyyarəsinin təhvil verilərək təlim üçün Luke hava bazasına göndərildiyini, digər təyyarənin isə bu gün göndəricələciyini açıqladı.

1177767

Mövzu ilə əlaqədar “Anadolu” xəbər agentliyinə  açıqlama verən Pentaqon sözçüsü Erik Pahon “Türkiyədən pilotların təlimlərilə bağlı hər hansı dəyişiklik yoxdur. Təlimlər davam edəcək” deyib.

Bununla da Türkiyənin mülkiyyətinə  kəçən F-35 təyyarələrinin sayı 4-ə çıxdı. Daha əvvəl Türkiyənin mülkiyyətinə kəçən 2 F-35 təyyarəsilə əlaqəli təlim prosesi Arizonadakı Luke hava bazasında davam edir.

Luke hava bazasındakı təlim prosesi 1-2 il arasında davam edir.

Pentaqon sözçüsü Çarls Summers də gün ərzində Pentaqonda təşkil etdiyi mətbuat konfransında Türkiyədən pilotların Luke hava bazasında F-35 təlimlərinin davam edəcəyini açıqlamışdı.  

Әlaqәli Xәbәrlәr