TİKA Əfqanıstanda qadınları peşə hazırlığına cəlb edir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Məzari-Şərif ofisi tərəfindən təşkil edilən Bağlan vilayəti Pulu-Humri şəhərində Mədəniyyət İşləri üzrə Müdirliyin əməkdaşlığında qadınlar üçün türkcə və peşə kursları davam edir.

1176878
TİKA Əfqanıstanda qadınları peşə hazırlığına cəlb edir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Məzari-Şərif ofisi tərəfindən təşkil edilən Bağlan vilayəti Pulu-Humri şəhərində Mədəniyyət İşləri üzrə Müdirliyinin əməkdaşlığında qadınlar üçün türkcə və peşə kursları davam edir.

TİKA-nın Məzari-Şərifdəki ofisinin açıqlamasına görə, Əfqanıstan miqyasında təlim və səhiyyə iş qolları başda olmaqla müxtəlif sahələrdə layihələr həyata keçirən TİKA-nın Bağlan vilayətində  başlatdığı qadınların sosial statuslarının inkişafı və ailə iqtisadiyyatına dəstək olmaları məqsədilə tikiş, naxış, bərbər və.s kursları ilə yanaşı türkcə, oxuma-yazma və Qurani-Kərim kursları davam edir.  

Açıqlamada kurs iştirakçılarından Marina Reslinin bu sözləri də çatdırılıb: “Kurslar üçün müraciət etdim, tikiş öyrənirəm. Özümü çox xoşbəxt və güclü hiss edirəm. Bu kursu bitirdiyim zaman ailə büdcəsinə köməyim olacaq”.

Bağlanın Narin qəsəbəsindən kurslarda iştirak edən və bərbərlik peşəsi öyrənən Haticə Tahiri də bu günün şərtlərində qadınların güclü ola bilmələri üçün bir peşə öyrənməsinin vacib olduğunu deyib və TİKA-ya təşəkkür edib.

Pulu-Humri şəhərində Mədəniyyət İşləri üzrə Müdirliyin əməkdaşlığı ilə 6 ay davam edəcək kurslarda 300-dən artıq kursant iştirak edir.



Әlaqәli Xәbәrlәr