"S-400 zenit-raket sistemləri tamamilə Türkiyənin nəzarətində olacaq", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyadan alacağı  S-400 zenit-raket sistemlərinin tamamilə Türkiyənin nəzarətində olacağını və bunların NATO sistemlərinə və F-35 qırıcılarına hər hansı təhdid təşkil etməyəcəyini bir daha xatırladıb.

1177435

NATO-nun 70-ci ildönümü münasibətilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Xarici İşlər Nazirləri yığıncağında iştirak edən Xarici İşlər naziri Çavuşoğlu Türkiyədən mətbuat mənsubları ilə bir araya gəlib.  

ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşünü qiymətləndirən Çavuşoğlu deyib:

“ABŞ-ın Suriyadan çıxması və Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsiz bölgə mövzuları müzakirə olundu. Həmin mövzuda iki ölkənin ortaq vəzifə gücünün ABŞ-ın çıxma prosesindəki koordinasiya fəaliyyətlərini davam etdirməsi barədə razılıq əldə edildi”.

Türkiyə ilə ABŞ-ın F-35 döyüş təyyarələri və “, S-400 zenit-raket sistemləri barədə fərqli düşüncələri olduğunu bildirən Çavuşoğlu bu məsələni də müzakirə etdiklərini söyləyib.  

Türkiyənin çoxtərəfli xarici siyasət izlədiyini ifadə edən Çavuşoğlu bildirib ki, bölgəmizdə Rusiya ilə qonşuyuq və bölgədəki hər kəs Rusiyadan qaz alır. Rusiya bizim ticarət tərəfdaşımızdır. ABŞ bizim NATO müttəfiqimiz. NATO-nun şərqdəki və Qara dənizdəki bütün əməliyyatlarını dəstəkləyirik. Hər kəslə yaxşı əlaqələrimizin olmasını və bunların balanslı olmasını istəyirik. Münasibətilə hər hansı şəkildə bir seçim etmək məcburiyyətində deyilik.

Әlaqәli Xәbәrlәr