Ömәr Çelik ABŞ-a reaksiya göstәrib
Ömәr Çelik Әdalәt vә İnkişaf Partiyasının mәrkәzi qәrargahında mәtbuat konfransı tәşkil edib.
Әdalәt vә İnkişaf Partiyasının mәtbuat katibi Ömәr Çelik heç bir xarici dövlәtin hәr hansı bir orqanı vә ya açıqlamasının Türkiyәdә keçirilәn seçki prosesinin nәticәlәrinin legitimliyinin mәnbәyi olmadığını deyib.
Ömәr Çelik Әdalәt vә İnkişaf Partiyasının mәrkәzi qәrargahında mәtbuat konfransı tәşkil edib.
Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamentinin mәtbuat katibi Robert Palladinonun Türkiyәdә martın 31-dә keçirilәn bәlәdiyyә seçkilәri ilә bağlı verdiyi açıqlamaya reaksiya göstәrәn Ömәr Çelik deyib: ‘‘ABŞ Dövlәt Departamentinin mәtbuat katibinin Türkiyәdәki seçki prosesilә bağlı verdiyi açıqlamasını qınayırıq’’.
‘‘Heç bir xarici dövlәtin hәr hansı bir orqanı vә ya açıqlaması Türkiyәdә keçirilәn seçki prosesinin nәticәlәrinin legitimliyinin mәnbәyi deyil’’,-deyә Әdalәt vә İnkişaf Partiyasının mәtbuat katibi vurğulayıb.
Ömәr Çelik seçkilәr ilә bağlı Türkiyәyә gәlәn Avropa Şurası yerli və regional hakimiyyətlər Konqresinin nümayəndələrinə müraciət edərək bildirib ki, bizim seçkilәrlә bağlı tәmin etdiyimiz mexanizm dünyanın heç bir yerindә yoxdur.
Әlaqәli Xәbәrlәr
Yaşar Gülər Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.