Mevlüt Çavuşoğlu Ağ Evdə John Bolton ilə görüşdü

Xarici işlər naziri Mevlüt Çavuşoğlu ABŞ-na səfəri çirçivəsində Ağ Evin Milli Təhlükəsizlik Məsləhətçisi John Bolton ilə görüş keçirib.

1177584
Mevlüt Çavuşoğlu Ağ Evdə John Bolton ilə görüşdü

NATO-nun yaranmasının  70-ci  ildönümü   münasibətiylə   Vaşinqtonda  keçirilən    NATO Xarici İşlər Nazirləri yığıncağına qatılan Xarici işlər naziri Çavuşoğlu, Vaşinqton proqramının sonunda Bolton ilə bir araya gəlib. Təxminən 40 dəqiqə davam  edən  danışıq  zamanı   Türkiyə-ABŞ  arasındakı  əlaqələr  ilə   bağlı   cərəyon  edən  son  proseslər  müzakirə   edilib. 

İki  gün  davam  edən   Vaşinqton  proqramı   çərçivəsində   NATO Xarici İşlər Nazirləri  yığıncağı  başda  olmaqla çox  sayda  tədbirdə   iştirak  edən   Çavuşoğlu,  ABŞ dövlət  departamentinin   rəhbəri Mike Pompeo  və   bəzi  ölkələrin   Xarici İşlər  Nazirləri  ilə   ayrı-ayrılıqda  görüşüb.  Danışıqlarda  ikitərəfli  əlaqələr  gündəliyə  daxil edilib.



Әlaqәli Xәbәrlәr