Türkiyə XİN bəyanat yaydı

Ankara Yaponiyada əcnəbi işçi qəbul edilməyəcək ölkələr siyahısından Türkiyənin çıxarılmasını məmnuniyyətlə qarşıladı.

1174924
Türkiyə XİN bəyanat yaydı

Ankara Yaponiyada əcnəbi işçi qəbul edilməyəcək ölkələr siyahısından Türkiyənin çıxarılmasını məmnuniyyətlə qarşıladı.
 
 Türkiyə Xarici işlər Nazirliyi məsələ ilə bağılı bəyanat yaydı.

Bəyanatda deyilir: "Yaponiyada 1 aprel 2019-cu il tarixində qüvvəyə minən, əcnəbilərin Yaponiyada yaşayış icazələrini tənzimləyən yeni qanun çərçivəsində əcnəbi işçi qəbul edilməyən ölkələr siyahısından Türkiyənin çıxarılmasından məmnuniyyətlə qarşılayırıq. Bu addımın tarixi və köklü əlaqələrə malik olduğumuz Yaponiya ilə aramızdakı dostluq münasibətlərinin ruhuna uyğun olduğunu düşünürük". 
 
 Qeyd edək ki, Yaponiya rəhbərliyinin yanvarda yaydığı əcnəbi işçi qəbul edilməyəcək ölkələrin sadalandığı ilkin siyahıda Türkiyənin də adı vardı.
 
 Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy təxminən 350 min əcnəbi işçi qəbul etməyə hazırlaşan Yaponiyanın bu addımının kədərləndirici olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr