Türkiyədə 25-ci Beynəlxalq Gənc Diplomatlar Təlim Proqramı

Türkiyə Xarici İşlər Nazirliyi 64 ölkənin gələcək diplomatlarına təlim keçir.

1174190
Türkiyədə 25-ci Beynəlxalq Gənc Diplomatlar Təlim Proqramı

  Türkiyə Xarici İşlər Nazirliyi 64 ölkənin gələcək diplomatlarına təlim keçir.

  Nazirlikdən verilən yazılı məlumata görə, Ankara Diplomatiya Akademiyasında Beynəlxalq Gənc Diplomatlar Təlim Proqramı başlayır.

  Bu il 25-cisi təşkil edilən proqramın məqsədi gənc diplomatların peşə bilik və bacarıqlarını təkmilləşdirməyə, mövcud Türkiyə xarici siyasəti və beynəlxalq məsələlərə dair düzgün məlumatlar verməyə yardım etməkdir.

  Proqramın açılışı aprelin 1-də Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kiran tərəfindən olacaq.

  64 ölkənin hər birindən bir nəfərin iştirak etdiyi proqramda sertifikat mərasimi də keçiriləcək.

  Aprelin 1-dən 21-ədək davam edəcək proqram çərçivəsində təlim keçən qonaq gənc diplomatlar Çorum - Hattuşa, Nevşehir - Kapadokya, Konya, Antalya və İstanbulda müxtəlif tarixi yerlərdə olacaq və mədəni abidələrlə tanış olacaqlar. 



Әlaqәli Xәbәrlәr