PKK "Pençe" hava hərəkatı ilə vuruldu

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə...

1173492
PKK "Pençe" hava hərəkatı ilə vuruldu

  İraqın şimalında separatçı PKK düşərgələri və hücum hazırlığında olan terrorçular Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən keçirilən, "Pençe" adı verilən hava hərəkatı ilə vuruldu.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İraqın şimalında PKK dəstələrinə aid hədəflər və hərəkət hazırlığında olan terrorçulara qarşı hava hərəkatı təşkil olunub. “Pençe” əməliyyatı çərçivəsində İraqın şimalındakı Qəndil bölgəsində PKK-nın qərargah, sığınacaq və silah-sursat anbarları, o cümlədən Hakurk və Avaşin-Basyan bölgələrində sərhəd qoşunlarına hücuma hazırlaşan terrorçular 30 mart 2019-cu il tarixində səhər saatlarında eyni zamanda vurulub".



Әlaqәli Xәbәrlәr