"ABŞ əməkdaşlıq etdiyi terror təşkilatlarına (YPG / PKK) çox silah verdi", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK/YPG bölgədə olduğu müddətcə Rusiyanın, Türkiyənin, başqa qonşu ölkələrin, ən əhəmiyyətlisi də Suriyanın təhlükəsizlik içində olmayacağını söylədi.

1173232
"ABŞ əməkdaşlıq etdiyi terror təşkilatlarına (YPG / PKK) çox silah verdi", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK/YPG bölgədə olduğu müddətcə Rusiyanın, Türkiyənin, başqa qonşu ölkələrin, ən əhəmiyyətlisi də Suriyanın təhlükəsizlik içində olmayacağını söylədi.

Çavuşoğlu bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Antaliyada keçirdikləri Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yığıncağından sonra təşkil  edilən mətbuat konfransında demişdir.

Çavuşoğlu açıqlamasında  ABŞ-ın əməkdaşlıq etdiyi terror təşkilatlarına (YPG / PKK) çox silah verdiyini ifadə etdi.

Amerikalı səlahiyyətlilərin daha əvvəl "silahları geri alacaqlarını" söyləmələrinə baxmayaraq indi "hamısını ala bilməyəcəklərinə” dair açıqlamalar verdiklərini bildirən Çavuşoğlu bunları qeyd etdi: "Bəzilərinin istifadə edildiyini və geri alına bilməyəcək vəziyyətdə olduğunu söyləyirlər, amma gerçək budur ki, YPG,PKK bu silahların əhəmiyyətli bir qisimini satmış. Bəziləri da Türkiyədə yaxalanır. PKK, YPG bu bölgədə olduğu müddətcə Rusiyanın, Türkiyənin, qonşu ölkələrin ən əhəmiyyətlisi də Suriyanın təhlükəsizlik içində olduğunu söyləyə bilmərik. Suriyanın sərhəd, ərazi bütövlüyü təhdid altındadır, çünki bunların məqsədi bəllidir, Suriyanı bölmektir".

ABŞ-ın Suriyadan çəkilməsindən sonra nələr edilə biləcəyini amerikalı səlahiyyətlilərlə görüşdüklərini ifadə edən Çavuşoğlu eyni zamanda rus tərəfdaşları ilə də bu işi koordinasiya etdiklərini vurğuladı.

Türkiyə və Rusiyanın Suriyanın ərazi və sərhəd bütövlüyünə sadiqliyinin dəqiq olduğunu dilə gətirən Çavuşoğlu "Amerikanın çəkilmə qərarından sonra bir strategiyasının, hərəkət planının olmadığını görürük. Amerikadan bu mövzuda da ziddiyyətli fərqli şərhlər, addımlar gəlir. Biz bu prosesi birlikdə koordinasiya etmək məcburiyyətindəyik və buralardakı boşluğu xüsusilə terror təşkilatları dəyərləndirməməlidir. Həssas olduğumuz mövzu budur. Bizim öz təhlükəsizliyimiz üçün  Suriyanın təhlükəsizliyi üçün də əhəmiyyətlidir" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr