Rәcәb Tayyib Әrdoğan gәnclәrin suallarını cavablandırıb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, BMT-nin 1967-ci ildә qәbul etdiyi qәrara әsasәn  Qolan tәpәlәri Suriyaya әrazisidir.

1172610
Rәcәb Tayyib Әrdoğan gәnclәrin suallarını cavablandırıb
erdogan atakule gencler1.jpg

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, BMT-nin 1967-ci ildә qәbul etdiyi qәrara әsasәn  Qolan tәpәlәri Suriyaya әrazisidir.

Prezident Әrdoğan Türkiyәnin paytaxtı  Ankarada gәnclәrin suallarını cavablandırıb.

Әrdoğanın çıxışı  ‘‘Twitter’’, ‘‘Facebook’’ və ‘‘Instagram’’ vasitәsilә canlı yayımlanıb.

Ərdoğan  Amerika Birləşmiş Ştatları rәhbәrliyinin Qolan tәpәlәri ilә bağlı qәrarına toxunub. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan qeyd edib ki,   BMT-nin 1967-ci ildә qәbul etdiyi qәrara әsasәn  Qolan tәpәlәri Suriyaya әrazisidir.

‘‘Mәn etdim oldu’’ deyәrәk bu iş olmaz’’. Fransa prezidenti Emmanuel Makron ilә bu mәsәlәni müzakirә etdik. Makron mәnә ‘‘Sәnin kimi düşünürәm. Trampa da bunu deyәcәm.’’ dedi’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Körfəzdəki müsəlman ölkələrinin  bu mövzuda  qərarlı mövqe nümayiş etdirmәdiyinә diqqәt çәkib.

Әrdoğan bildirib ki, Donald Tramp aprelin 9-da İsraildә keçirilәcәk parlament seçkilәrindә Nətanyahunu dәstәklәyәcәyini deyib.

Rәcәb Tayyib Әrdoğan  çıxışı zamanı hәmçinin Yeni Zelandiyadakı iki mәscidә tәşkil edilәn  vә 51 nәfәrin hәyatına son qoyan terror hücumuna da  toxunub.

 ‘‘Qәrb ölkәlәri bu hadisә qarşısında sәssiz qaldılar. Bu terror aktını lәnәtlәmәdilәr. Çarli Hebdo hadisәsi baş verdiyindә bütün Avropa liderlәri Fransada bir araya gәldilәr. 51 müsәlmanın hәyatına son qoyan terror aktına reaksiya göstәrmәdilәr’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr