“Tramp bu açıqlaması ilə işğal siyasətlərinə dəstək olur”, İ.Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ prezidenti Donald Trampın İsrailin işğalındakı Qolan təpələrinə dair qalmaqal yaradan açıqlamasına sərt reaksiya göstərdi.

1168347

Kalın şəxsi “Twitter” səhifəsində beynəlxalq hüququn ölkələrin torpaq bütövlüyünü zəmanət altına aldığını xatırladaraq yazıb ki, ABŞ rəhbərliyinin Fələstin torpaqlarını işğal edən İsrailin Qolan təpələrinə yönəldilmiş qeyri-qanuni hərəkətlərinə haqq qazandırmağa cəhd göstərməsi işğal siyasətlərinə dəstək olmaq və toqquşmaları dərinləşdirmək mənası daşıyır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin işğal etdiyi Qolan təpələrinin tanınması zamanının gəldiyini söyləyib.

Suriyaya aid Qolan təpələri 1967-ci ildən bəridir İsrailin işğalı altındadır.

Әlaqәli Xәbәrlәr