Türkiyə Hollandiyadakı terror aktını qınadı

Türkiyə bütün terror hücumları qarşısında eyni mövqeyi ortaya qoymaqda davam edir.

1165947
Türkiyə Hollandiyadakı terror aktını qınadı

Türkiyə edilən hücumlar qarşısında eyni mövqeyi ortaya qoymaqda davam edir.

Son olaraq Hollandiyada bu gün təşkil edilən hücumun cinayətkarının Türkiyədə doğulması da bunu dəyişmədi.

Rəsmi Ankara 3 adamın öldürüldüyü hücumu qınadı.

Xarici İşlər Nazirliyinın açıqlamasında bildirilib: "Biz Utrext şəhərindəki hücumu cinayətkarı kim olarsa olsun sərt şəkildə qınayırıq. Bu pis hücum nəticəsində həyatını itirənlərin və yaralananların yaxınlarına başsağlığı diləyirik."

Utrext polisi hücumla əlaqədar olaraq 37 yaşındakı Türkiyədə doğulan Gökmen T. adlı şəxsin axtarışda olduğunu bildirmişdi.

Digər tərəfdən təhlükəsizlik mənbələri terror hücumlarından başqa ehtimalları da araşdırdıqlarını bildirdi və "ailəvi səbəbləri" ola biləcəyini açıqladı.

Cinayətkarın tutulduğuna dair məlumatlar da yayılan xəbərlər arasındadır.


Etiketlәr: #Hollandiya

Әlaqәli Xәbәrlәr