Ərdoğan Hələbcə qırğınının 31-ci ildönümü münasibətilə mesaj paylaşdı

“Twitter” sosial media hesabından yaydığı mesajda R.T.Ərdoğan bildirib...

1165031
Ərdoğan Hələbcə qırğınının 31-ci ildönümü münasibətilə mesaj paylaşdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Hələbcə şəhərində törədilən qırğının 31-ci ildönümü münasibətilə mesaj paylaşdı.

  “Twitter” sosial media hesabından yaydığı mesajda R.T.Ərdoğan bildirib: “31 il əvvəl Hələbcə şəhərində kimyəvi hücum nəticəsində ölən minlərlə insanın vicdanlarda açdığı yara hələ də təzədir. Hələbcə qırğını insanlıq tarixinə qara bir iz saldı. Bu qətliamda həyatını itirən kürd qardaşlarımıza Allahdan rəhmət diləyirəm".

  Xatırladaq ki, Hələbcə qırğını İran-İraq müharibəsi zamanı törədilib. İraqın o zamankı başçısı Səddam Hüseyn Hələbcədə kimyəvi silahdan istifadəyə icazə verdi. 1988-ci il martın 16-da Hələbcə şəhərinə səkkiz təyyarə zəhərli qaz bombalarını buraxdı, əksəriyyəti dinc sakinlərdən ibarət 5 mindən artıq adam həyatını itirdi, 7 mindən çoxu isə yaralandı.



Әlaqәli Xәbәrlәr