Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi təkrarladı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir...

1164728
Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi təkrarladı

  Türkiyə Krımın qeyri-qanuni ilhakının 5-ci ilində Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi təkrarladı.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir:

  “Türkiyə Ukraynanın Krım Muxtar respublikasında 5 il əvvəl keçirilən qeyri-qanuni referenduma əsasən Rusiya Federasiyasının beynəlxalq hüquq normalarını pozduğunu xatırladır. Beləliklə, biz hal-hazırki faktiki vəziyyəti tanımırıq, Ukrayna suverenliyi və ərazi bütövlüyünə olan dəstəyimizi bir daha təsdiqləyirik.

  Krımın yerli xalqı olan Krım tatar türklərini qorumaq Türkiyə üçün prioritetdir.

  Türkiyə Krım tatarlarını tarixi vətənləri Krımda öz şəxsiyyətlərini mühafizə edərək güvən və dinclik içində yaşamalarını təmin etmək üçün dəstəyini davam etdirəcək."



Әlaqәli Xәbәrlәr