Türkiyə Yeni Zelandiyada məscidə edilən hücumu sərt sözlərlə qınadı

Prezident Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidə edilən hücumun dünyada artan irqçilik və İslam əleyhdarlığının bir nümunəsi olduğunu bildirdi.

1164194
Türkiyə Yeni Zelandiyada məscidə edilən hücumu sərt sözlərlə qınadı

Prezident Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidə edilən hücumun dünyada artan irqçilik və İslam əleyhdarlığının bir nümunəsi olduğunu bildirdi.

Ərdoğan hücumu qınayan açıqlamasında qeyd etdi ki, Yeni Zelandiyada Nur məscidinə və orada ibadət edən müsəlmanlara edilən terror hücumunu şiddətlə qınayır, cinayətkarlarını lənətləyirəm. Hücumda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfalar diləyirəm. Təəssüf ki, dünyada artan irqçilik və İslam əleyhdarlığının yeni bir nümunəsi olaraq yaşanan bu acı hadisəyə görə İslam dünyasına və Yeni Zelandiya xalqına ölkəm və şəxsim adına başsağlığı diləyirəm.”

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Mustafa Şentop da hücumu sərt şəkildə lənətlədi.

Şentop sosial şəbəkə “Twitter” hesabından verdiyi açıqlamada "Terroru və insanlığa qarşı bir təhdidə çevrilən İslam düşmənçiliyini dünyanın hər yerinə yaymaq səyinin son nümunəsi olan Yeni Zelandiyadakı Nur məscidinə istiqamətli hücumu sərt dillə lənətləyir, İslam aləminə və Yeni Zelandiya xalqına başsağlığı diləyirəm” deyə bildirdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da barbar terror hücumunu lənətlədiyini bildirdi.

Nazir Çavuşoğlu mövzuyla əlaqədar yaydığı açıqlamada "Hücumda yalnız cinayəkarların deyil Qərbdə böyüyən İslam əleyhinə  addımları qızışdıran siyasətçilərin və medianın da məsuliyyəti vardır" ifadəsindən istifadə etdi.

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da Yeni Zelandiyadakı hücumları ən sərt şəkildə qınadığını bildirdi.

Fəxrəddin Altun “Twitter hesabında "İndi terrora qarşı birləşmə vaxtıdır" dedi.



Әlaqәli Xәbәrlәr