Türkiyә XİN Yeni Zelandiyada törәdilәn terror aktını qınadı

Türkiyә Yeni Zellandiyada törәdilәn terror hücumunu qınadı.

1164149
Türkiyә XİN Yeni Zelandiyada törәdilәn terror aktını qınadı

 

Türkiyә Yeni Zelandiyada törәdilәn terror hücumunu qınadı.

Türkiyәnin Xarici İşlәr Nazirliyindәn mövzu ilә bağlı  verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Yeni Zelandiyanın Krist-Kurç şәhәrindәki iki mәscidә tәşkil edilәn hücum nәticәsindә çox sayda adamın ölmәsi vә xәsarәt alması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Bu xain hücumu qınayır, hadisә nәticәsindә hәlak olanların ailәlәrinә vә Yeni Zelandiya xalqına dәrin hüznlә başsağlığı veririk. Bu cinayyәti törәdәnlәrin әn qısa zamanda mәhkәmә qarşısında cavab verәcәklәrinә inanırıq. Bu çәrçivәdә Yeni Zelandiya Baş naziri Jacinda Ardernin verdiyi açıqlamanı mәmnuniyyәtlә qarşılayırıq’’.

Qeyd edәk ki, bu gün Yeni Zelandiyada mәscidә cümә namazı vaxtı silahlı hücum tәşkil edilib. Hücum nәticәsindә çox sayda adamın hәlak olduğu bildirilir.

Mәlumata әsasәn, hadisә Kris-Karç şəhərinin Hagley Park qəsəbəsində baş verib.



Әlaqәli Xәbәrlәr