Hulusi Akar: "Məqsədimiz sərhədlərimizin və xalqımızın təhlükəsizliyini təmin etməkdir"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın Münbiç bölgəsini işğal edən separatçı terror təşkilatı YPG/PKK-ya qarşı lazımi tədbirin görüləcəyini bildirdi.

1163538
Hulusi Akar: "Məqsədimiz sərhədlərimizin və xalqımızın təhlükəsizliyini təmin etməkdir"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın Münbiç bölgəsini işğal edən separatçı terror təşkilatı YPG/PKK-ya qarşı lazımi tədbirin görüləcəyini bildirdi.
 
 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və TSQ-nin digər komandirləri ilə birlikdəTürkiyə Təqaüdçü Zabitləri Dərnəyinin (TESUD) rəhbər heyəti və bəzi hərbi qulluqçularla paytaxt Ankarada Sıhhiye Ordu Evində nahar yeməyində bir araya gəldi.
 
 Akar burada şıxış edərək Suriyanın şimalını işğal edən YPG/PKK-ya qarşı atılacaq addımlardan bəhs etdi.
 
Münbiç və Fərat çayının şərqindəki terror hədəflərindən danışan nazir: "Biz  burada səbrlə, dəyanətlə şəxsiyyət və mənliyimizlə irəliləməyə davam edirik. Planlarımız, proqramlarımız hazırdır. Bu işi mümükün olduğu qədər  digər müttəfiqlərimizlə əməkdaşlıq edərək həll etməyə çalışırıq" dedi.
 
 Mümkün əməliyyatlar üçün hazırlıqların aparıldığını vurğulayan Akar: "Prosesləri yaxından təqib edirik. Ölkəmizin və millətimizin haqq və mənfəətlərini qorumaq, saxlamaq üçün nə lazımdırsa, onları da yeri və zamanı gələndə edəcəyik. Heç kimin şübhəsi olmasın. Bizim buradakı məqsədimiz yalnız və yalnız terrorçulardır. Oranın kökü, mənşəyi nə olursa-olsun, xalqı ilə bir problemimizin olmadığını hər zaman söyləyirik" ifadələrini işlətdi.
 
 Fərat çayının qərbindəki terror hədəflərinin məhv edildiyini vurğulayan Hulusi Akar: "Fərat çayının şərqindən isə bizə raket və minomyotlardan, yüngül silahlardan atəş açırlar. Əl istehsalı partlayıcılardan istifadə edirlər, 30-40 kilometr məsafədən model təyyarələri ilə polis məntəqələrinə, insanımıza hücum edirlər. Bu risk və təhdidi heç bir ölkə qəbul etməz" şəklində danışdı.
 
 Terrorçuların 30-40 kilometr cənuba getməsi, silahlarının toplanması ilə təhlükəsizliyin təmin olunacağı bu regionda Türkiyə Silahlı Qüvvələrinin olmasının vacibliyini xatırladan Milli Müdafiə naziri sözünə belə davam etdi: "Bu şəkildə ora təhlükəsiz bölgəyə çevriləcək. Türkiyədən 315 min suriyalı təhlükəsiz olduğu üçün "Fərat qalxanı" əməliyyatının keçirildiyi bölgədəki evlərinə qayıtdı. Burada da (Fəratın şərqi) eyni şəkildə, yüz minlərlə insanın qayıda biləcəyindən bəhs edilir. Bizim məqsədimiz sərhədlərimizin və xalqımızın təhlükəsizliyini təmin etməkdir. Bunun başqa çarəsi yoxdur". 



Әlaqәli Xәbәrlәr