Türkiyә Mosulda törәdilәn terror aktını lәnәtlәdi

Türkiyә İraqın Mosul şәhәrinin Mahmur qәsәbәsi yaxınlığında dünәn törәdilәn terror aktını kәskin dillә  qınadı.

1158965
Türkiyә Mosulda törәdilәn terror aktını lәnәtlәdi

 

Türkiyә İraqın Mosul şәhәrinin Mahmur qәsәbәsi yaxınlığında dünәn törәdilәn terror aktını kәskin dillә  qınadı.

Türkiyә Xarici İşlәr Nazirliyindәn mәsәlә ilә bağlı verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘İraqın Mosul şәhәrinin Mahmur qәsәbәsi yaxınlığında törәdilәn terror aktı nәticәsindә beş Türkmәn tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olması vә 30 nәfәrin yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Bu xain hücumu şiddәtlә lәnәtlәyirik. Bütün Türkmәn qardaşlarımıza vә dost İraq xalqına dәrin hüznlә başsağlığı veririk, hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa dilәyirik’’.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ dünәn Haşdi Şabi qüvvәlәrinә hücum tәşkil etmişdi.



Әlaqәli Xәbәrlәr