Türkiyə təqaüdləri proqramına rekord sayda müraciət

Türkiyə təqaüdləri proqramına 145 min 700 nəfər müraciət etdi.

1157181
Türkiyə təqaüdləri proqramına rekord sayda müraciət

Xaricdə yaşayan Türklər və əqrəbə topluluqları idarəsi Baş direktoru Abdullah Eren proqrama müraciət ilə bağlı yaydığı açıqlamada : “2012-ci ildə Türkiyə təqaüdləri proqramına 42 min nəfər müraciət edərkən, 2019-da bu rəqəm 167 ölkədən olmaqla 145 min 700-ə çatdı. Proqrama göstərilən maraq bizləri xoşbəxt edir. Biz də hər il artan maraq və tələbi qarşılamaq üçün büdcə imkanlarımızı artırmaq və inkişaf etdirmək üçün tədbirlər görürük”.

 Bu il maraq və tələb yüksək seviyyədə olduğuna görə müraciət müddətini uzatdıqlarını ifadə edən Erən : “Türkiyə təqaüdləri, Türkiyədə ali təhsilin beynəlxalq mövqeyə qovuşmasına töhfə verir. Hazırda təqaüd proqrama 17 min tələbə daxildir. Bunu 2023-cü ilə dək 25 minə yüksəltməyi planlayırıq.

Türkiyə Təqaüdləri proqramı çərçivəsində hər il orta hesabla 5 min şagirdə təqaüd verilir. Bu təqaüdlər yalnız xarici vətəndaşlara verilir.



Әlaqәli Xәbәrlәr